“Azərsu” əfrafa zərərli maddələr axıtdığı üçün CƏRİMƏLƏNDİ

“Azərsu” əfrafa zərərli maddələr axıtdığı üçün CƏRİMƏLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərsu” ekoloji təhlükəsizlik qaydalarınaı pozduğuna və ətraf nühiti çirkləndirdiyinə görə barəsində cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, “Azərsu” İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

İşə 7 iyun tarixində Xəzər Rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar