“Azərsu” 20 qəpiklik şirkətə milyonluq tender verdi

“Azərsu” 20 qəpiklik şirkətə milyonluq tender verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərsu” ASC Hövsan Aerasiya stansiyasında çatışmazlıqların aradan qaldırılması üçün görüləcək işlərin və mal-materiallar ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

“Report” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Azelmaş” Elmi-Texniki Firmasıdır.

Qalib şirkətə 2 128,7 min manat ödəniləcək.

Qeyd edək ki, “Azelmaş” 1993-cü ildə dövlət qeydiyyatına alınıb, onun nizamnamə kapitalı 0,20 manat, qanuni təmsilçisi isə Araz Rafiq oğlu Qurbanlıdır.