“Azərsu” 1.56 milyonluq xlor alır

“Azərsu” 1.56 milyonluq xlor alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərsu” ASC daha bir tenderini başa vurub. Tribunainfo.az xəbər verir ki, dövlət şirkəti bu dəfə xlor almaq üçün nə az, nə də çox, düz 1.560.001,3 manat xərcləyəcək.
Qeyd edək ki, tenderin qalibi “OLD LİNE TRADİNG COMPANY” MMC-dir. Satınalma müqaviləsinə əsasən MMC “Azərsu” üçün daxili vasitələri maksimum tutumu bir tonluq olan konteynerlərdə maye xlorun satın alınmasını həyata keçirəcək.
Tribunainfo.az-ın araşdırması nəticəsində məlum olub ki, hazırda su üçün dezinfeksiyaedici vasitə kimi istifadə olunan 35 kq-lıq xlorun qiyməti 111.90 manat təşkil edir. Yəni, ən bahalısı bu məhsul hesab edilir. Adi hesablamalara görə, “Azərsu” suyun dezinfeksiya edilməsi və onun içməli və texnimki su səviyyəsinə çatdırmaq üçün ortalama 487.5 ton xlor almaq qərarına gəlib.
Təbii ki, “Azərsu” ASC bahalı məhsuldan deyil, daha münasib qiymətə olan xlor alacaq ki, o zaman bu rəqəm ortalama 1000 tona yaxın olacaq.
Müşahidəçilər bildirirlər ki, bu qədər xlorun hansı müddətdə istifadə olunacağı önəmlidir. “Azərsu” isə həmin məhsulu hansı müddətə və nə qədər suya istifadə edəcəyi barədə heş bir açıqlama verməyib.
Tribunainfo.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Avropa İttifaqının (Aİ) göstəricilərində içməli suda xlorun miqdarı “0” qeyd olunur, “Azərsu” isə köhnə sənədə istinadən 0.3-0.5 mq olduğunu qeyd edir. Abşeron yarımadası üzrə orta göstərici xlor üçün sərbəst qalıq 0.3 mq, əlaqəli qalıq 0.5 mq-dır. Rusiyada köhnə, bizim üçün əbədi olan standartda xloridin miqdarı 350 mq, ÜST və Aİ-də isə 250 mq. qəbul olunur. Abşeronda bunun orta göstəricidə 29-154 mq. olduğu qeyd edilib.
Qeyd edək ki, “Azərsu” ASC suya az miqdarda xlor qatıldığını iddia edir. Lakin faktiki olaraq krandan gələn suyun tərkibindəki xlorun iyi açıq şəkildə hiss olunur.
Bildirək ki, içməli suyun tərkibində xlorun miqdarı çox olduqda, ilk növbədə insanın tənəffüs orqanları əziyyət çəkir, bronxit, sətəlcəmə tutulur. Eyni zamanda, alimlər bildirirlər ki, xlordan istifadə heç də suyun tərkibindəki zərərli mikroorqanizmləri öldürmür. Onların bir çoxu sağ qala bilir.