Bu gün Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki “Azerspace-1” peykinin orbitə buraxılmasının dördüncü ildönümüdür.
Bu gün Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki “Azerspace-1” peykinin orbitə buraxılmasının dördüncü ildönümüdür.
“Azərkosmos” ASC-dən Publika.az-a verilən məlumata görə, bugünədək tutumlarının 78%-nin satışı reallaşdırılmış “Azerspace-1” peykinin kommersiya fəaliyyətindən 50 milyon ABŞ dollarından çox vəsait əldə edilib.
Dünya peyk xidmətləri bazarına daxil olduğu bu 4 il ərzində potensial müştərilərin cəlb edilməsi və peykin yerləşdiyi orbital mövqenin tanıdılması istiqamətində intensiv fəaliyyət həyata keçirilib.
2014-cü ildə “Azərspace-1” peyki vasitəsilə ilə Azərbaycanın bütün televiziya və radio kanalları keyfiyyətli yayıma başlayıb. Hazırda “Azerspace-1” peykində Azərbaycan, rus, ukrayna, gürcü, türk dillərində ümumilikdə 30 televiziya və 17 radio kanalı yayımlanmaqdadır.
“Azərkosmos”dan bildirilib ki, 2017-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı planlaşdırılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. “Azerspace-2” regionda artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk həm də birinci telekommunikasiya peyki olan “Azerspace-1” orbitdəki ehtiyatı olacaq və “Azərkosmos”a müştərilərinə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Həmçinin, Azerspace-2 sayəsində şirkətin əhatə zonası da genişlənəcək.