“Azərsilah”ın zavodunda qəza: xəsarət alan var

“Azərsilah”ın zavodunda qəza: xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən səhər saatlarında Nazirliyin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat prosesi zamanı baş vermiş qəza nəticəsində bir əməkdaş yüngül xəsarət almışdır.

 Tribunainfo.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin açıqlamasında deyilir.

Hadisə yerində təhlükəsizlik qaydalarına uyğun ilkin tibbi yardım göstərilərək əməkdaş dərhal xəstəxanaya çatdırılmış və peşəkar tibbi xidmət almışdır. Hazırda onun vəziyyəti qənaətbəxşdir.