“Azərsell”in yeni layihəsi başa çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərsell Telekom MMC mütaliə sevərlər üçün aprel ayindan start verdiyi “Gənclər kitab oxuyur” layihəsinin Fəvvarələr meydanında yerləşən “Starbucks Azerbaijan” kafesində mövsüm bağlanışı keçirilib. 

Azərsell Telekom MMC mütaliə sevərlər üçün aprel ayindan start verdiyi “Gənclər kitab oxuyur” layihəsinin Fəvvarələr meydanında yerləşən “Starbucks Azerbaijan” kafesində mövsüm bağlanışı keçirilib.

Şirkətdən TİA.AZ-a verilən məlumata görə, tədbirdə layihənin qiraətçiləri, bu günədək əsərləri oxunan yazıçılar, media nümayəndələri iştirak ediblər.

Məlumat üçün bildirək ki, “Azərsell”in “Gənclər kitab oxuyur” layihəsi gənclər arasında mütaliə mədəniyyətini artırmaq, yerli müəlliflərimizi tanıtmaq, eləcə də dinamik həyatımızda intellektual istirahət imkanı təqdim etməyi qarşısına məqsəd qoyub. Oxu günlərində “Azərsell”in 2 il bundan əvvəl istifadəyə verdiyi Bookmate tətbiqinə daxil etdiyi əsərlər gənc qiraətçilər tərəfindən “Starbucks Azerbaijan”nın “Gənclik Moll”da və Fəvvarələr meydanında yerləşən kafelərində oxunub.

Xatırladaq ki, layihədə iştirak edən qiraətçilər isə müsabiqə yolu ilə seçiliblər. Belə ki, 18-29 yaş arası gənclər özləri haqqında qısa məlumat və səs nümunələrini “Azərsell”ə təqdim edərək, müsabiqədə iştirak ediblər. Ən yaxşı qiraətçilər “Gənclər kitab oxuyur” layihəsi çərçivəsində publika qarşısında kitab oxumaq imkanı qazanıblar.

Qeyd edək ki, “Azərsell” ölkədə mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra layihələr həyata keçirib. 2015-ci ildə təqdim edilən “Bookmate” əlavəsi sayəsində bütün “Azərsell” abunəçiləri Azərbaycan, rus, ingilis, türk və onlarla əcnəbi dildə məhdudiyyətsiz kitab oxuya bilirlər. “Azərsell”in təqdim etdiyi mobil kitabxanada 800 000-dən artıq kitaba çıxış təmin olunub.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.