“Azərsell” Telekom MMC abunəçiləri üçün daha bir sərfəli kampaniyaya başlayır.
“Azərsell” Telekom MMC abunəçiləri üçün daha bir sərfəli kampaniyaya başlayır.
Şirkətdən TİA.AZ-a verilən məlumata görə, 11.05.2017-ci il tarixindən etibarən “Azərsell” abunəçiləri 1001 Smartfon kampaniyası çərçivəsində LG Flex 2 telefonunu və əlavə olaraq, LG qol saatını hədiyyə olaraq əldə edə biləcəklər.
Ayda cəmi 45 AZN ödəməklə abunəçilər 4G-dəstəkləyən smartfonlarını, hər ay 5GB internet hədiyyə və ölkədaxilində sərfəli zəng etmək (1dəq=0.06AZN) imkanı qazanacaqlar. Kampaniyaya qoşulmaq üçün, abunəçilər ”Azərsell” Müştəri Xidmətləri
Ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilərlər.
Qeyd edək ki, “Azərsell” 1001 Smartfon kampaniyası çərçivəsində güzəştli təkliflərini yay boyunca davam etdirəcək.