“Azərsell”dən bayram kampaniyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərsell Telekom MMC müqəddəs Ramazan bayramı münasibətilə yeni kampaniyaya başlayır. 

Azərsell Telekom MMC müqəddəs Ramazan bayramı münasibətilə yeni kampaniyaya başlayır.

Şirkətdən TİA.AZa verilən məlumata görə, “SimSim” abunəçiləri iyunun 26-27-də şirkətin “Ramazan Hədiyyəsi” kampaniyasından istifadə edə biləcəklər.

Kampaniya çərçivəsində abunəçilər şəbəkədaxili istifadə üçün 10 dəqiqə və 100 SMS HƏDİYYƏ qazanacaqlar. Kampaniyaya qoşulmaq üçün BAYRAM sözünü 5757-ə SMS vasitəsilə göndərmək lazımdır (SMS pulsuzdur).

Qeyd edək ki, hədiyyə olunan şəbəkədaxili dəqiqə və SMS-lər kampaniya ərzində yalnız bir dəfə aktiv edilə və iyunun 27-si 23:59-dək istifadə oluna bilər.