“Azərpoçt”un sürətli xidməti 5 gündür məktubları çatdıra bilmir – RƏZALƏTbackend

“Azərpoçt”un sürətli xidməti 5 gündür məktubları çatdıra bilmir – RƏZALƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şikayətim “Azərpoçt” xidmətindəndir. Bu ayın 6-da “Azərpoçt”da (108 saylı) 4 ünvana məktub göndərmişəm. Məni narahat edən şəxslər dayanmadığı üçün Express xidmətdən (guya daha sürətlidir) istifadə etmişəm. Bunun üçün əlavə pul də ödəmişəm. Ancaq 5 gündür ki, məktublarım çatmayıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə şikayətçi Ləman Əhmədova sosial şəbəkədə yazıb. O bildirib ki, məktublarının çatması üçün 4-cü gündən gözləyir:

“Zəng edirəm, gah məktub görünmür dedilər, gah dedilər kuryerdədi, bu gün mütləq çatacaq. Bu gün zəng etdim yenə, deyir, məktub görünmür, kuryerə getməyib.
“Azerpost” Express xidmətlə 5 gün keçməsinə baxmayaraq məktubun ünvana çatmaması səbəbindən dayanmadan narahat edilirəm! Mən özümə zərər yetirsəm, başıma gələcək hər hansısa bir səbəbdə günahkarın baş rollarından biri “Azərpoçt” özüdür!

Məktubu nə prokrorluğa, nə polisə, nə ünvana çatdırır. Əməkdaşlarınız doğru düzgün məktubların harda olduqlarını belə bilmir! Çoxdan çatmalı olan məktublar yoxdu heç yerdə!”.

Şikayətçi qeyd edib ki, məktublarının daha tez çatdırılması üçün ondan əlavə 20 manat pul də alıblar.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar