“Azərpoçt” MMC-nin İdarə Heyətinin sədr vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev cərimələnib.
32gun.az-ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti İsi Mustafayevə İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə cərimə yazıb.
Bu maddə İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi ilə bağlıdır.
İsi Mustayafevə qarşı irəli sürülən ittihamdan belə aydın olur ki, “Azərpoçt”da hansısa bədbəxt hadisə baş verib və qurumun rəhbərliyi bu barədə Dövlət Əmək Müfəttişliyinə məlumat verməyib.
Olayın detalları barədə məlumat yoxdur.
555.1-ci maddədə min manatdan min beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur.
İsi Mustafayev dövlət qurumunun qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət edib.
Onun şikayətinə Nərimanov Rayon Məhkəməsində baxılacaq.
İş hakim Xalidə Əlisoyun icraatındadır.
İsi Mustafayev 2000-ci ildən başlayaraq müxtəlif şirkət və banklarda iqtisadçı, departament direktoru kimi aparıcı vəzifələrdə işləyib.
2021-2022-ci illərdə “Azərpoçt” MMC-nin Baş direktor müavini vəzifəsini icra edib.
2023-cü ildən “Azrəpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası ona həvalə edilib.