“Azərpoçt” MMC özünün növbəti tenderini elan edib. Tribunainfo.az xəbər verir ki, həmin tenderə əsasən MMC özünün Salyan Regional Poçt Filialının inzibati binasında təmir işləri aparmaq niyyətindədir.
Rəsmi qaynaqlarda qeyd edilir ki, “Azərpoçt” sözügedən idarənin cari və əsaslı təmirini reallaşdıracaq. Bunun üçün isə ehtimal olunan qiymət kimi, 362.030 manat nəzərdə tutub.
Bəzi ekspertlər hesab edirlər ki, bu vəsait bir idarənin binasının təmiri üçün həddindən artıq çoxdur. Onların sözlərinə görə, “Azərpoçt” MMC qiymətləndirməni düz aparmamaqla yanaşı, həm də işlərin görülməsi üçün rəqəmləri xeyli şişirdib.