“Azərpoçt” 3 ədəd zirehli maşınlar alır

“Azərpoçt” 3 ədəd zirehli maşınlar alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərpoçt” MMC növbəti tenderini yekunlaşdırıb.

Tribuna.az xəbər verir ki, qurum yeni avtomobillər almaq üçün satınalma müqaviləsi bağlayıb.

Məlumatda deyilir ki, “Azərpoçt”un tenderini “ROADSTER” MMC udub. Şirkət dövlət qurumuna zirehli nəqliyyat vasitələri alacaq. 3 ədəd zirehli maşın üçün isə 345 min 150 manat xərc çəkiləcək.

Qeyd edək ki, bu, “Azərpoçt”la “Roadster” arasında ilk tendder anlaşması deyil. Bu ilin oktyabrında dövlət qurumu sözügedən şirkətdən kompakt van tipli qapalı furqon yük avtomobilləri  də alıb. Açıq mənbələrdə qeyd edilir ki, həmin tender anlaşmasına əsasən şirkət “Azərpoçt”a 3 ədəd belə maşın alıb. Bu maşınların alınmasına isə 178 min 770 manat ödəniş edilib.

Bildirək ki, “Roadster” MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin qanuni təmsilçisi Ülvi Bəhruz oğlu Həsənovdur.

Fərda Uğur