“Azərpoçt” MMC ilə bağlı cərimə protokolu imzalanıb.
Tribunainfo.az xəbər verir ki, “Azərpoçt” İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 598.1.1-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən müştərinin, onun nümayəndəsinin və ya benefisiar mülkiyyətçinin eyniləşdirilməsi, verifikasiyası və məlumatın sənədləşdirilməsi ilə bağlı tələblərə riayət olunmamasına görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
“Azərpoçt”la bağlı iş baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. 10 yanvar tarixində hakim Günel Səmədovanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, cərimələnməsi gözlənilən “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini İsi Mustafayev icra edir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar