“Azeronline” interneti BAHALAŞDIRDIbackend

“Azeronline” interneti BAHALAŞDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azeronline” şirkəti internetin qiymətini qaldırsa da, internet sürəti olduğu kimi qalıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Azeronline” müştərisi Əli Candan yazıb. O bildirib ki, internetin sürəti bərbad, xidmət çox aşağı səviyyədədir:

“Aylıq abunə haqqını qaldırmısınız, lakin internet sürətini yox. Qərar verilibsə, qiyməti qaldırdığınız kimi xidməti də tam təmin etməlisiniz müştərilərə. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bildirir ki, qeyri qanuni olaraq suni qiymət artımı edilib. Özbaşınalıq baş alıb gedir ölkədə. Şirkət olaraq razılığım olmadan qiyməti artırmısınız, xidmət isə yoxdur. İnternet kəsilə-kəsilə gəlir son zamanlar. Gipon sistemi dediyiniz budursa, lazım deyil bu cür xidmət göstərib vətəndaşların pulunu talamağınız. Tələb edirəm ki, qiymət əvvəlki vəziyyətinə qayıtsın, sürəti də kəsintisiz fasiləsiz təmin edəsiniz.
18 manat paket yoxdur deyirsiz, qonşu binada qalan yoldaş qeyd edir ki, mənim aylıq ödənişim 18 manat olacaq, yanımda qaynar xəttinizlə danışdı şahidi oldum. Şəhid və qazı ailəsi deyil, lakin müştərilər arasında ayrıseçkilik edilir. Bu nə cür xidmətdi? İndi yazacaqsız ki, abunə kodunu qeyd edin araşdıraq, yardımçı olaq. Lakin anlamırsız ki, qiymət artımını dərhal tətbiq etdiyiniz kimi sürəti də dərhal yüksəltməlisiniz. Xidmətiniz sıfır”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar