“AzərMaş”ın İdarə Həyətinin sədri Emin Axundovu ölümlə hədələyənə hökm oxundubackend

“AzərMaş”ın İdarə Həyətinin sədri Emin Axundovu ölümlə hədələyənə hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AzərMaş” ASC-nin İdarə Həyətinin sədri Emin Axundovu və yaxınlarını ölümlə hədələyərək 100 min manat tələb etməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Tribunainfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Əhməd hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əhməd məhkəmədə özünü təqsirli bilməyib. Emin Axundovun ailəsini çoxdan tanıdığını, qardaşı Eldarın ona borcu olduğunu deyib. O, Eldara ev tikib verməklə yanaşı, həyətindəki itini yemlədiyini də qeyd edib.

“AzərMaş” sədri özü də məhkəmədə ifadə verib. O, Əhmədin ağır formada cəzalanmasını istəyib.