“Yes Park” taksi parkı ilə “Azərmaş Alyans” MMC lizinq şirkəti məhkəməlik olub.
Tribunainfo.az xəbər verir ki, lizinq şirkəti “Tango” şirkətinin tərəfdaşı olan “Yes Park”la bağlı məhkəmədə iddia qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Tərəflər lizinq müqaviləsi üzrə mübahisə yaşayır.
“Yes Park”la bağlı 19 noyabr tarixində Bakı Kommersiya Məhkəməsində baxılacaq. İş hakim Kənan Hüseynovun icraatındadır.
Qeyd edək ki, məhkəyə verilən “Yes Park” taksi parkı “Yango” taksi şirkətinin tərəfdaşıdır. “Yes Park”ın direktoru Orxan Əliyevdir.
İddianı qaldıran “Azərmaş Alyans” şirkətinin qanuni təmsilçisi isə Mehdiyev Ramiz Saday oğludur.
Tərəfləri dinləməyə hazırıq.
Nigar