“AZƏRLOTEREYA”NIN ŞƏHİD ÖVLADLARI İLƏ ÖZÜNÜ REKLAM ETMƏSİ YOLVERİLMƏZDİR” – PARTİYA SƏDRİbackend

“AZƏRLOTEREYA”NIN ŞƏHİD ÖVLADLARI İLƏ ÖZÜNÜ REKLAM ETMƏSİ YOLVERİLMƏZDİR” – PARTİYA SƏDRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərlotereya” ASC yenə öz qumar oyunlarına, mərc yarışlarının təbliğinə şəhidlərimizi, onların övladlarını alət etməkdədir. Tribunainfo.az bildirir ki, şirkət Novruz bayramı ərəfəsində “Əmanətə sədaqət” layihəsi çərçivəsində təqaüd ayırdığı şəhid övladları ilə görüş keçirib.
İlaxır çərşənbəyə təsadüf edən tədbirdə “Azərlotereya”nın İdarə Heyətinin sədri Zafer Reisoğlu və təqaüdlə təmin olunan tələbələr iştirak ediblər. İlk baxışdan bu təşəbbüs xoşniyyətli görünə bilər.
Şəhid ailələrinə diqqət, qayğı hər kəsin borcudur. Onlara dövlətin hərtərəfli dəstəyi var. Yəni bir gün belə olsun, şəhid ailələri undulmur, kənarda saxlanmır. Lakin “Azərlotereya”nın bu tədbirləri təşkil etməkdə səmimi olmadığı deyilməlidir. Çünki məqsəd şəhid övladlarına diqqət göstərmək adı ilə onların üzərindən öz piarını aparmaqdır. Bu da yolverilməz haldır. Necə deyərlər, bir əlin verdiyini, o biri əl bilməməlidir.
Üstəgəl, şəhidlər və onların övladları bizim üçün dəyərdir. Amma ölkəboyu qumar, lotereya, mərc oyunlarını yayan, kasıbın cibindəki sonuncu manatı da əlindən alan bir şirkətin bunu etməsi ikrah hissi doğurur. Yaxşı olar ki, cəmiyyətin başqa təbəqəsindən olanlarla reklam, təbliğat işləri qurulsun.


Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Tribunainfo.az-a bildirib ki, istənilən şirkətin şəhidlər, onların ailə üzvləri üzərindən reklam kampaniyasını qurması xoşagəlməz haldır. Partiya sədrinin fikrincə, şirkətlər bu cür məsələlərdə diqqətli və həssas olmalıdırlar: “Belə addımlara yol vermək heç də başucalığı gətirmir. Çünki onlara diqqət göstərilməsi hər nə qədər xoş bir niyyət olsa da, kənardan mərc oyunları ilə məşğul olan bir şirkətin öz reklamını təşkil etdiyi təəssüratı bağışlayır. Sözsüz ki, ölkədə bu mərc oyunları leqal şəkildə həyata keçirilir və dövlətin icazəsi var. Amma o demək deyil ki, şəhid övladlarının üzərindən piar qurulsun, sonra mediada ictimailəşdirilsin. Bunu yaymamaq da olardı”.

Tribunainfo.az