“Azerland Group” MMC ölkədən külli miqdarda pul çıxarıb? – Məhkəməbackend

“Azerland Group” MMC ölkədən külli miqdarda pul çıxarıb? – Məhkəmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəyə xaricdən Avropa istehsalı və dünya brendi olan toxumlar gətirən “Azerland Group” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, şirkətin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

İrəli sürürlmüş maddəyə əsasən, mütəxəssislər hesab edir ki, hər hansısa şirkət müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətirilməlidir. Verilmiş 2 il müddətində mal ölkəyə gətirilmirsə, bu, şirkətin ölkədən pul çıxarması anlamına gəlir.
Bu maddənin qısa mahiyyəti belədir ki, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa icazə yoxdur.
Mütəxəssislər bildirib ki, ya iki il ərzində həmin mal ölkəyə gəlməlidir, ya da göndərilən vəsait geri qaytarılmalıdır. Malı ölkəyə gəlməyən və ya pulu geri gətirməyən şirkət ödədiyin pulun 30 faizini cərimə kimi ödəməlidir. Bu maddəyə əsasən 300 minə qədər cərimə olunan şirkətlər var.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar