“Azərkosmos”un təmir üçün 153 minlik tenderibackend

“Azərkosmos”un  təmir üçün 153 minlik tenderi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) Publik Hüquqi şəxs balansında olan 10 ədəd maşının təmiri və onlara qulluq üçün 153 min manat pul xərcləyəcək. Tribunainfo.az xəbər verir ki, bu dünən keçirilən tenderin nəticələrinin açıqlanmasından sonra məlum olub.
Həmin məlumatda deyilir ki, “Azərkosmos” satınalma müqaviləsinə əsasən avtomobillərin ehtiyat hissələri və təmiri üzrə xidmətləri satın alacaq. Müqavilə isə son zamanlar əksər bu tip tenderlərin qalibi olan “Sülh” Firmasıdır.
Araşdırmamız nəticəsində belə məlum olub ki, sözügedən dövlət qurumu bu qədər xərci heç də böyük bir avtomobil parkı üçün nəzərədə tutmayıb. Əksinə, Agentlik balanmsındakı 10 sanballı xarici avtomobilin təmiri, onların ehtiyat hissələrinin dəyişdirilməsi üçün nəzərdə tutulub. Bu sırada söhbət “Mercedes S500”, “Audi6” və “Toyota Camray” markalı maşınlardan gedir.
Bizə çatan məlumatlara görə, əsaslı təmir olunacaq bu avtomobillərdən biri, yəni “Mercedes S500” markalı avtomobil “Azərkosmos”un rəhbəri Saməddin Əsədovun xidməti maşınıdır. “Audi6” markalı avtomobilin sədr müavini Dünya Bədirxanov, “Toyota Camry” isə digər müavi Fuad Aslanovun xidməti maşınlarıdır.