“AzərKosmos” 390 minlik yemək alırbackend

“AzərKosmos” 390 minlik yemək alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərkosmos” yeni tenderini elan edib. Tribunainfo.az xəbər verir ki, dövlət qurumu iaşə (catering) xidmətlərinin satın alınması məqsəsi ilə katirovka sorğusu keçirir.
Bildirilir ki, sözügedən qurum 4 kateqoriya üzrə yemək almağı planlaşdırır. Birinci kateqoriya üzrə 104 nəfər üçün günorta yeməyinin gündəlik alınmasıdır. Bu alış prosesi 240 günü əhatə edəcək.
İkinci kateqoriya üzrə isə 125 gün günorta yeməyi, bayram və istirahət günləri üçün nəzərədə tutulub və 40 nəfəri əhatə edəcək.
Üçüncü kateqoriya üzrə yeməklərin alınması isə 20 nəfər üçün nəzərədə tutulub və yalnız səhər yeməyindən ibarət olacaq. Bu 365 günü əhatə etməlidir.
Sonuncu kateqoriya üzrə də 20 nəfərə yemək alınması nəzərədə tutulur. Bu da 365 gün davam etməlidir.
Rəsmi qaynaqlarda qeyd edilir ki, “Azərkosmos” bu məqsədlə 390.497,40 manat xərcləməyi nəzərdə tutub.
Buradan aydın görünür ki, sözügedən dövlət qurumu rəhbərliklə işçilər arasında ayrı-seçkilik edib. Belə ki, 104 işçi üçün cəmi 240 günlük yemək sifariş edən “Azərkosmos” rəhbərlikdə çalışan 20 rəhbər şəxs üçün isə bu müddəti 365 gün nəzərədə tutub.