Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətləri və kommunal xidmətlər üzrə güzəştlərin vahid aylıq müavinətlərlə əvəz edildiyini nəzərə alaraq, habelə köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasının qısa müddətdə təmin olunmasına dair verilmiş göstərişin operativ icrası məqsədi ilə “Azərişıq” ASC-də Mərkəzi Qərargah yaradılaraq fərmanın icrasına başlanılıb.

“Azərişıq” ASC-dən TİA.AZ-a verilən məlumata görə, məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə sayğac quraşdırıması işlərinin qısa müddətdə başa çatdırılması və bu sahədə koordinasiyalı birgə işin təşkili məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin ərazi strukturlarının və yerli icra orqanlarının nümayəndələrinin daxil olduğu Regional Enerji Təchizatı və Satışı İdarələrindəki İşçi Qruplarına öz fəaliyyətlərini Mərkəzi Qərargahla əlaqələndirməklə görülən işlərə dair mütəmadi məlumat verilməsi tapşırılıb.
“Məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlərin ləğv edilməsi ilə əlaqədar olaraq “Azərişıq” ASC-nin elektron məlumat bazasında müvafiq dəyişikliklər edilib, Smart kart istifadəçisi olan məcburi köçkünlər üçün müəyyən edilmiş 150 kVt/saat güzəştli limitin yüklənməsi dərhal dayandırılıb. Məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması ilə əlaqədar yaranan hər hansı anlaşılmazlıq hallarının ərazi icra hakimiyyəti orqanlarının və onların məcburi köçkünlərlə iş üzrə nümayəndələrinin iştirakı ilə araşdırılmasına, bununla əlaqədar daxil olan şikayət və müraciətlərə dərhal baxılıb həll olunmasına dair Cəmiyyətin aidiyyəti strukturlarının rəhbərlərinə ciddi göstərişlər verilib”.
“Azərişıq” ASC-dən bildirilib ki, qeyd olunan işlərin vaxtında başa çatdırılması məqsədi ilə tələb olunan sayda sayğacların və zəruri mal-materialların ehtiyatı yaradılıb onların vaxtında ərazilərə çatdırılması üçün lazımi nəqliyyat vasitələri ayrılıb.
Məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması mütəmadi olaraq Kütləvi Informasiya Vasitələrində məlumatlandırılacaq.