“Azərişiq” Xaçmazda sahibkarlarla görüş keçirib

“Azərişiq” Xaçmazda sahibkarlarla görüş keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

​“Azərişıq” ASC ölkənin bütün regionlarında elektrik şəbəkələrinin yenidən qurulması ilə yanaşı həm də, maarifləndirmə işlərinə də xüsusi diqqət yetirir. Cəmiyyət sahibkarların rahat fəaliyyəti və yaranan problemlərin aradan qaldırılması məqsədilə fermer və sahibkarlarla bölgələrdə mütəmadi görüşlər keçirir, onların fikirləri, təklifləri, tövsiyələri dinlənilir.

Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən belə görüşlərdən biri də Xaçmazda baş tutub. Heydər Əliyev mərkəzində keçirilən tədbirdə 50-yə yaxın sahibkar və yerli sakin iştirak edib. Görüşdə “Azərişıq” ASC-nin ASAN xidmətlə iş departamentinin direktor müavini, Xaçmaz RETSİ-nin rəhbəri, eləcə də qurumun mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi iştirak edib. Görüş zamanı iştirakçılara “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir-bərpa işləri barədə geniş məlumat verilib. Bildirilib ki, bu gün ölkənin ən ucqar sərhədboyu kənd və qəsəbələrində belə vətəndaşlar fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilir. Dövlət başçısının tapşırıqları əsasında həyata keçirilən yenidənqurma işləri çərçivəsində ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə Yarımstansiyalar tikilir, şəbəkələr tamamilə yenilənir, müasir transformatorlar quraşdırılır. Müasir şəbəkələrin qurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı əhali və qeyri-əhali abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb. Bütün regionlarımızla yanaşı bu işlər həm də Azad Qarabağda tam gücü ilə aparılır. Həmçinin, qurumun elektron xidmətləri barədə də sahibkarlarla maarifləndici söhbətlər aparılıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə imkanları ətraflı izah olunub. Görüş zamanı müxtəlif məsələlərlə bağlı suallara aydınlıq gətirilib, qaldırılan bəzi problemlər yerindəcə həll edilib.

Qeyd edək ki, “Azərişıq” ASC fermer və sahibkarları maarifləndirmək, yaranan çətinliklərin operativ həlli məqsədilə görüşləri digər regionlarda da mütəmadi şəkildə davam etdirəcək.