“Azərişıq” Füzulidə ilk dəfə şagirdlərlə maarifləndirici tədbir keçirdi

“Azərişıq” Füzulidə ilk dəfə şagirdlərlə maarifləndirici tədbir keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərişıq” ASC-nin Mülki Müfadiə Qərargahı işğaldan azad edilən və doğma sakinlərinə qovuşan Füzulidə məktəb şagirdləri ilə ilk dəfə maarifləndirici tədbir keçirib.
Tribunainfo.az -ın quruma istinadən verdiyi məlumata görə, Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə təhsil alan 7-ci sinif şagirdləri təhlükəsizlik mövzusunda maarifləndirilib, onlara elektrik və mina təhlükəsizliyi ilə bağlı əməl olunmalı qaydalar izah olunub. Həmçinin, iştirakçılara mülki müdafiə sahəsində hazırlanan tədris vəsaitləri və maarifləndirici bukletlər təqdim edilib.
Sonda məktəblilər elektrik təhlükəsizlik qaydalarına əməl olunması məqsədilə bütün ölkəyə çağırış ediblər.
Qeyd edək ki, “Azərişıq” Qarabağ və Şərqi Zəngəzurla yanaşı, ölkənin bütün regionlarında maarifləndirici tədbirlər və təlimlər həyata keçirir. Şagirdlərin təhlükəsizlik qaydalarına əməl etməsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.