backend

«Azərişıq» ASC Tərtərdə yeni ofis binası açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtərdə «Sarıcalı» yarımstansiyasının və «Azərişıq» ASC-nin Tərtər Elektrik Şəbəkəsinin yeni ofis binasının açılış mərasimi keçirilib. 

Tərtərdə «Sarıcalı» yarımstansiyasının və «Azərişıq» ASC-nin Tərtər Elektrik Şəbəkəsinin yeni ofis binasının açılış mərasimi keçirilib.

Yeni  inşa edilmiş  yarımstansiya və ofis binasının   istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak edən Tərtər Rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və “Azərişıq” ASC sədrinin müavini Vüqar Əhmədov son illər ölkənin hər yerində elektrik enerjisi təchizatı sisteminin yenidən urulduğunu, rayon, şəhər, qəsəbə və kəndlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı istiqamətində məqsədyönlü işlər aparıldığını qeyd etdilər. Bildirildi ki, yaşayış məntəqələrinin,yeni açılan iş yerlərinin səmərəli və təhlükəsiz elektrik enerjisi ilə təmin olunması, şəbəkələrdə həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

 

Tədbirdə «Azərişıq» ASC tərəfindən Tərtər rayonunda görülən işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, cəbhə bölgəsinə yaxınlıqda yerləşən 35 kV-luq Dəmirçilər və İsmayılbəyli hava xətləri ötən ilin aprel döyüşləri zamanı erməni işğalçılarının artileriya atəşi nəticəsində sıradan çıxsa da, gərgin əmək nəticəsində dərhal bərpa olunub.

Ermənilər tərəfindən işğal olunan və sonra geri alınan Çaylı kəndinə 450 metr 6 kV-luq, 2 km 0.4 kV-luq hava xətti çəkilib, 1 ədəd transformator məntəqəsi quraşdırılıb. Bununla da 22 il elektrik enerjisiz qalan Çaylı kəndində elektrik enerisi bərpa olunub.

Bundan başqa rayonda 0,4 kV-luq elektrik veriliş xətlərində köhnə, çürük taxtadan olan dirəklər  2900 ədəd metal dayaqla əvəzlənib,  101 km kabel çəkilib, 2055 ədəd yeni dayaq quraşdırılıb, 603 ədəd izolyator, 20190 metr naqil dəyişdirilib ki, bu işlərin bir hissəsi də İsmayılbəyli kəndi ərazisində Tərtər – Ağdam yolunun kənarında məskunlaşmış qaçqın qəsəbəsində həyata keçirilib. Həmçinin tam bərbad vəziyyətdə olan Azadqaraqoyunlu, Köçərli, Poladlı kəndlərində müxtəlil güclü 4 ədəd komplekt transformator məntəqəsi yenidən qurulub.
 
Ümumilikdə rayonda 40-dan çox komplekt transformator məntəqəsi quraşdırılıb.
Bundan başqa Tərtər Seydimli kəndinin üstündə yerləşən istismar müddətini başa vurmuş 35/6 kV-luq yarımstansiya ləğv edilərək yarımstansiyadan qidalanan hava xətləri 110/35/6 kV-luq Tərtər yarımstansiyasına köçürülüb. Yarımstansiyada 10 ədəd Eleqaz açar tipli yuvalar quraşdırılıb, 6 kV-luq xətlərin çıxışı üçün 1133 metr XLPE markalı, 6200 metr AS- 50 markalı naqil çəkilib, 17 ədədi ikidövrəli olmaqla 29 ədəd dayaq quraşdırılıb. 110 kV-luq EVX -də cari və əsaslı təmir işləri görülülüb və 120 ədəd izolyator yenilənib.
 
Paralel olaraq 35 kV-luq İsmayılbəyli – 110 kV-luq Ağdam (Təzəkənd) yarımstansiyasına birləşdirəcək hava xətlərinə 61 ədəd metal dayaq quraşdırılıb ki, bu iş hazırda da davam etdirilir.

35/10 kV-luq “Sarıcalı” yarımstansiya müasir tələblərə cavab verən səviyyədə yenidən qurulub, əvvəl 1 transformatorlu olub. 2-ci 10 MVA gücündə transformator quraşdırılıb. Həmçinin 35 kV-luq İsmayılbəyli yarımstansiyasında da yeni  transformator quraşdırılmaqla çıxış naqilləri dəyişdirilib.

10/6 kV-luq elektrik veriliş xətləri üçün 525 ədəd dayaq quraşdırılıb. Müxtəlif sayda metal başlıq və izolyatorlar, 7 000 metrə yaxın naqil dəyişdirilib. O cümlədən 3,5 km məsafədə 10 kV-luq Borsunlu hava xətti yenidən çəkilib.
Ümumilikdə Tərtər rayonunda 18 min abonent var ki, bu da 100 mindən çox əhali deməkdir.

Qeyd edək ki, 52 kənddən ibarət Tərtərin rayon mərkəzinin özü, Qapanlı, Hacıqərvənd, Borsunlu kəndləri daxil 10-a yaxın kənddə əsaslı təmir, yenidənqurma işləri başa çatıb. Digər kəndlərdə də təmir yenidənqurma işləri davam etdirilir.

Tərtər-Goranboy-Gəncə yeni magistral yolun tikintisi ilə əlaqədar hazırda hava elektrik veriliş xəttinin köçürülməsi prosesi aparılır ki, bu da ümumilikdə 3 km-ə yaxın məsafədə 70-dən artıq dayaq köçürülməsi deməkdir. Bu məqsədlə ərazidə artıq bir ədəd komplekt transformator məntəqəsi  də quraşdırılıb.

Bu işlərlə yanaşı əkinçiliyin inkişafı ilə bağlı yeni qurulan 15 ədəd artezyan quyuları elektrik enerjisi ilə təmin edilib və bu proses davam edir.

İşin səmərəliliyini artırmaq, şəffavlığı gücləndirmək,vaxt itkisini aradan qaldırmaq üçün şəbəkədə elektron xidmətlər təşkil olunub, ASAN Xidmətlə inteqrasiya edilib. Həmçinin “Azərişıq” ASC tərəfındən Tərtər Elektrik Şəbəkəsinə müasir tələblərə cavab verən ofis binası tikilib. Hansı ki, buna qədər işıq idarəsinin normal iş şəraiti olmayıb. İş şəraitinin standartlara uyğunluğu üçün ofis binası müasir avadanlıqlarla təchiz edilib. Təhlükəsiz əmək fəaliyyəti üçün işçilərə vaxtaşırı treninqlər keçirilir, “Azərişəq”ASC-nin standartlarına uyğun çalışmaq, əhaliyə xidmət göstərmək vərdişləri aşılanır.

İki mərtəbədən ibarət ofis binasında  səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. Energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərzə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün xüsusi otaqlar yaradılıb.  Elektrik Şəbəkəsinin nəqliyyat təsərrüfatı da yenidən qurulub. İnzibati binanın ətrafında abadlıq işləri  aparılıb. Yaşıllıq zolağı salınaraq dekorativ ağaclar əkilib. Binanın işıqlandırma sistemi axşam saatlarında əraziyə xüsusi yaraşıq verir.   

Yekunda görülən yenidənqurma işlərinə görə ölkə prezidentinə minnətdarlıq bildirilib.