Təsəvvür edə bilməzsiniz, Maştağanın (həmçinin digər Abşeron kəndlərinin) ev fasadları, küçələri və meydanları «Azərişıq»ın saysız-hesabsız kabel və naqilləri üzündən nə dərəcədə eybəcər hala düşüb!
Tribunainfo.az xəbər verir ki, bu barədə memar Elçin Əliyev bildirib. O qeyd edib ki, xətlər tamamilə xaotik şəkildə – hara gəldi, necə gəldi çəkilib:
“Heç bir nəzarət yoxdur. Bu, yaşayış məntəqələrinin görkəmini eybəcərləşdirir və onları naqillər dolağına çevirir”.
Gülşən Rəsul