“Azəriqaz” yaşlı qadınları ərazilərdə işlədir – Hüquq müdafiəçisi

“Azəriqaz” yaşlı qadınları ərazilərdə işlədir – Hüquq müdafiəçisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəriqaz” İB yaşlı qadın işçiləri əraziyə göndərib, gənc xanımları ofislərdə saxlayır.

Tribunainfo.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məlumat paylaşıb. O bildirib ki, bu problemlə çilingər işləyən Seva Nuriyeva üzləşib:

“İllərdir Xəzər rayonu üzrə çilingər vəzifəsində çalışıram. Böyük rayon olduğumuza görə bizi böldülər – xəzər 1 və xəzər 2. Mən xəzər 1-də qaldım.

Vəzifəmiz çilingər olmağına baxmayaq şöbə rəisimiz bizi idarədə otuzdururdu. İndi deyir, əmr var, hamı əraziyə çıxsın. Lakin bu əmr bizim idarədə yalnız orta nəsil və yaşlı nəslin xanımları üçündür. Cavanlar oturur, yaşlı nəsili atırlar əraziyə.

Hətta əmrlə usta, mühəndis xanımlar da ərazidə olmalıdı. Lakin cavan xanımlar oturub, orta yaşlı xanım mühəndisləri atıblar küçələrə.

Bizdə 104 telefonçular ştatını ləğv ediblər. Xanımları çilingər ediblər, hətta onlar belə əraziyə çıxmır ki, bizi rəislərimiz qoymur.

Əmr bəyəm hamı üçün deyil? Niyə hərkəs çıxmır? Kiminsə arxasında adamı var deyə at oynatmalıdı?”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul