Xətai rayon məhkəməsində “Azəriqaz” İstehsalat Birliyinə qarşı bir neçə məhkəmə iddiası var. Tribunainfo.az bildirir ki, son vaxtlar abonentlərin “Azəriqaz”dan kütləvi şəkildə şikayətinə rast gəlmək olar. Əksəriyyət isə işi məhkəmə müstəvisində həll etməyə çalışır. Buna səbəb “Azəriqaz”ın vətəndaşların problemlərini həll etməməsi və hüquqlarını pozmasıdır.
Təkcə yanvarın 22-də Xətai rayon məhkəməsində bir neçə belə iş var. Belə ki, Rəcəbov Rəfail, Məmmədov Teymur, Babayev Eldar, Əskərova Vəfa, Məmmədov Cavid, Həmzəyev Emin, Yahyayev Yusif və Rzayev Alahətdinin bu gün Xətai rayon məhkəməsində ayrı-ayrı saatlarda “Azəriqaz”la bağlı iddialarına baxılır. Bu da qurumun fəaliyyətini ifadə edir. Çünki bir rayon məhkəməsində bu qədər iş yoxdur, başqa məhkəmələrdə də şikayətlər boldur.