Bakı şəhəri, Hövsan qəsəbəsində “Azəriqaz” əməkdaşları vətəndaşlara 200 azn cərimə ilə bağlı xəbərdarlıq edərək “pitminutka”ları hamam otağından çıxarmalarını bildirmişdi.
Tribunainfo.az-a şikayətlərini bildirən çox sayda vətəndaş qeyd edib ki, illərdir vanna otağında quraşdırılan “pitminutka”larda indiyədək problem çıxmayıb. Lakin cərimədən qorxan vətəndaşlar dərhal qurğunu həyətlərində quraşdırıb. İmkanı çatmayan şəxslər isə sadəcə divarda quraşdıraraq soyuqlara qarşı önləm almadan qutunun içərisində yerləşdirməyib. Lakin qutunun içərisinə yerləşdirilən “pitminutka”lar belə, şaxtalı havaya dözməyib partlayıb. Hövsan qəsəbəsindəki kombi və “pitminutka” ustası Ramin Qarayev bildirib ki, şaxtalı və qarlı günlərdə yüzlərlə vətəndaş bizə qurğuların partlaması ilə bağlı müraciət edib. Hətta onun vaxtı olmadığından, səhərdən gecəyə qədər vətəndaşların qurğularını təmir edən usta xeyli sayda ziyan çəkənləri başqa ustalara yönləndirib.
200 manat cərimələnməkdən qorxan vətəndaş ikiqat ziyana düşərək, həm qurğunu çölə çıxarmağa, həm də sonradan partlayan qurğunu yeniləməyə və ya təmir etdirməyə görə xərcə düşüb.
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, hamam otağında qaz cihazının olması təhlükəsizlik baxımından məqsədəuyğun deyil.
Ekspertin sözlərinə görə, ancaq quraşdırılıbsa belə, mütləq normativ standartlara uyğun həyata keçirilməli, tüstü bacası olmalı, divar arası yerləşdiyi yerdə yanmayan materialla üzlənməlidir. Dəm qazı əleyhinə qurğu olmalıdır. Qeyri metal borularla çəkilməməlidir. Nəfəslik, havalandırma olmalıdır. Mütləq bu tələblərə riayət etmək lazımdır.
Dəniz