“Azəriqaz” Şirvanı sakinlərini qazsız qoyub

“Azəriqaz” Şirvanı sakinlərini qazsız qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şikayətim “Azəriqaz”dandır. Şirvan Şəhəri M.Aydinov 72 ünvanında neçə ildir yanarqaz üzünə həsrətik. Uşaqlar soyuqdan donur evdə. Nə çimmək olur, nə də yemək bişirmək. Biabırçılıqdır.

Tribunainfo.az xəbər verir ki, bu barədə İlham Paşayev yazıb. O bildirib ki, dəfələrlə müraciət edtsələr də, problem həllini tapmayıb:

“Nə vaxt qaz idarəsinə zəng edirik, bizi yola verirlər, deyirlər problem var. Problem var düzəldin də. Onu da gəlib biz düzəltməliyik. Qaz puluna gələndə 5 nəfər gəlirlər qapıya. Amma qaz tələb edəndə canları çıxır. Hər ay pulumuzu vaxtı-vaxtında ödəyirik, amma qaz əvəzinə borudan gələn havaya pul veririk. Xahiş edirəm, buna bir əncam qılın. Dərdimizi kimə deyək bilmirik”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Nigar