“Azəriqaz”la “AAAF-İnşaat” üz-üzə…backend

“Azəriqaz”la “AAAF-İnşaat” üz-üzə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sakinlər və müxtəlif dövlət qurumları tərəfindən dəfələrlə məhkəməyə verilən “AAAF-İnşaat” MMC ilə bağlı məhkəməyə növbəti dəfə müraciət olunub.

Tribunainfo.az xəbər verir ki, “AAAF-İnşaat”la bağlı iddianı “Azəriqaz” İB qaldırıb. İşin mahiyyəti müqavilərdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. İddiaçı tərəf olan “Azəriqaz” “AAAF-İnşaat”dan istehlak edilmiş təbii qazın haqqının ödənilməsini tələb edir.

İş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. 26 noyabr tarixində hakim Zahid Məmmədovun sədrliyi ilə proses keçiriləcək.

Qeyd edək ki, məhkəməyə verilən “AAAF-İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərovdur.

Tərəfləri dinləməyə hazırıq.

Nigar