“Azəriqaz”ın gəlirlərinin azaldığı bir vaxtda milyonlarla vəsait xərclənir.
Tribuna xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Sahib Məmmədov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, ehtiyac olmadığı halda sayğaclar dəyişdirilir:
“İki gün əvvəl “Azəriqaz” İB binamızdakı bütün sayğacları dəyişdi. Cəmi 4000 kub yazmışdı. Qonşularda da aşağı yuxarı belə idi. Bəziləri evdə yaşamır deyə daha az idi.
Bildiyim qədər o smart adlanan sayğacları 960 manata almışdılar. Ən azı 100 000 kub üçün hesablanmış qurğulardı. Məncə dəyişməyə dəyməzdi. Etiraz edə bilmədim, çünki müqavilənin şərti belədir.
“Azəriqaz”ın gəlirlərinin azaldığı bir vaxtda milyonlarla vəsait xərclənir. Nə bilim? Bəlkə belə lazımdır”.
Gülşən Rəsul











