Azərbaycanda ölkə daxilində təbii qaz paylayıcısı “Azəriqaz” İB-nin ona qaz satan Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC-yə olan borcu açıqlanıb.
“Azəriqaz”ın “Azərkontrakt”a borcu 1 yanvar 2024-cü il tarixinə 111.51 milyon manatdır.
Bu keçən ilin əvvəlində 71.27 mln. manat idi.
“Azərkontrakt” təbii qazı “Azneft” İB, “Azerbaijan Gas Supply Company”, “Ümid Babək Əməliyyat Şirkəti”, “Bahar” Enerji Əməliyyat Şirkəti” və “Absheron Petroleum b.v”dan alaraq, “Azərenerji”, “Azəriqaz” və Naxçıvan Qaz İstismarı Xidmətinə satır.
///İqtisadiyyat.az