“Azəriqaz” həmişəki kimi geri qalır – Ekspert detalları açıqladıbackend

“Azəriqaz” həmişəki kimi geri qalır – Ekspert detalları açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda evlərə verilən qazın tərkibi heç kəsə məlum deyil. Baxırsınız ki, qaz gur gəlir. Ancaq isidicilik qabiliyyəti yoxdur, üstəlik qoxu da yayır. “Azəriqaz”ı evlərə verilən qazın ancaq sayğaca qədər olan hissəsinin məsuliyyətini daşıyır. Qaz evə girib kimisə zəhərləyib, kimisə boğubsa, partlayış olubsa bunun məsuloyyətini daşıyan yoxdur.

Bu sözləri Tribunainfo.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, Azərbaycanda əhali birmənalı olaraq bilməlidir ki, qaz evimizə girmiş əcəldir. Ona görə də onunla davranmaq qaydalarını öyrənməlidir:

“Bizim ölkədə əhalinin geniş maarifləndirilməsi həyata keçirilmir. Təəssüflər olsun ki, “Azəriqaz” evlərə qazın verilməsində məsuliyyəti ancaq bir nöqtəyə qədər üzərinə götürür. Təsvir edin, qaz, sayğacdan çıxıb mənzilə girəndən sonra “Azəriqaz” buna məsuliyyət daşımır. Evdə qazdan partlayış baş veribsə, qazın iyindən boğulma olubsa, zəhənmə baş veribsə bunun məsuliyyəti heç kəsin üstündə deyil. Məsuliyyət olmayan yerdə də mütləq cinayət olur.

Bu ildən başlayara “Azəriqaz” evlərdə monitorinqə start verib. Bu neçə illər əvvəl başlamalı və oturuşmuş bir sistem olmalı idi. Yaxşı prosesdir, ancaq buna indi başlamırlar. Vacib olan kütləvi maarifləndirmə işində “Azəriqaz” həmişəki kimi geri qalır. Hələ 8 il öncə Azad İstehlakçılar İctimai Birliyi xüsusi broşürlər çap etdirmişdi – şəkillərlə, izahlı formada. Biz onu təmənnasız olaraq ailələrə payladıq. Ancaq “Azəriqaz” dəstək vermədi ki, bu kitabçaları çoxaldaq, daha çox adama yayılsın. “Azəriqaz” bunu nə özü edir, nə edənlərə dəstək verir”.

E.Hüseynov bildirib ki, “Azəriqaz” hər evə öz hesabından qaz dedektorları çəkməlidir:

““Azəriqaz” monitorinqlərini genişləndirməli və sürətləndirməli, evlərdə bu dedektorların quraşdırılmasına nail olmalıdır. Yaxşı olardı ki, “Azəriqaz” bütün evlərdə öz hesabına dedektorlar quraşdırsın. Bunun üçün onun kifayət qədər vəsaiti də var”.