“Azəriqaz” İstehsalat Birliyi abonentlərə verdiyi qəbzlərdə əlavə borc yazır.
Tribunainfo.az xəbər verir ki, bu barədə Elyar İslamoğlu məlumat paylaşıb. O bildirib ki, bu, “Azəriqaz”ın yeni fırıldağədır:
““Azəriqaz” İB-in il sonu daha bir fırıldağı ilə tanış olun. Vətəndaşa verilən qəbzdə əvvəlki ayın borcu tam ödənilib, qalıq borcun 0 (sıfır) olduğu göstərilir. Amma abonent “Azəriqaz”ın rəsmi səhifəsində kodunu yazanda sürprizlə qarşılaşır. Ona əvvəlki ay üçün 75 manat qalıq borcu yazılıb.
Bu fakt ilin sonunda “Azəriqaz”ın kəsirlərini abonentlərə yükləməklə silməyinin sübutudur.
Əgər əvvəlki aydan qalıq borc varsa, onda vətəndaşa verilən qəbzdə bu borc niyə əks olunmayıb? Ümid edirəm ki, tutarlı bir cavabları olacaq. Bütün abonentlər diqqətli olsun. “Azəriqaz” əlavə borc yazır”.