“Azəriqaz” İB əsas kadrlara sənin “ixtisasin düz gəlmir” cavabını verir, ancaq nəqliyyat mühəndisini maliyyə sektoruna müavin təyin edir.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sərdi Mirvari Qəhrəmanlı bildirib. SOCAR “Azəriqaz” İB-dəki yeni təyinatla bağlı danışan hüquq müdafiəşisi bildirib ki, yüzlərlə fəhlə, çilingər işdən haqsız yerə çıxarılır, ancaq rəhbər vəzifələrə yeni təyinatlar həyata keçirilir:
“SOCAR “Azəriqaz” İB-də optimallaşdırma siyasati davam edir. Alt strukturlarda yüzlərlə fəhlə, çilingər, xadimə işdən azad edilir, yuxarılarda böyük məmnuniyyət hissi ilə təntənəli təyinatlar həyata keçirilir.
“Azəriqaz”da yüksək vəzifəyə yeni təyinat olub. Fərhad Mədətov Baş Direktorun maliyyə üzrə müavini təyin edilib.
Mədətov Fərhad Əminağa oğlu 2 iyun 1979 cu ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Bakı şəhəri 5 saylı orta məktəbi bitirib. Elə həmin il də Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinə daxil olub.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunlarına çox vaxt “sənin ixtisasin düz gəlmir” cavabını verən “Azəriqaz” indi nəqliyyat mühəndisini Maliyyə sektoruna müavin təyin edir”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul