“Azəriqaz” İstehsalat Birliyi ilə bağlı cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, “Azəriqaz”ın İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə, fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
“Azəriqaz”la bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 4 sentyabr tarixində hakim Cavid Hüseynin sədrliyi ilə işə baxılacaq.
Nigar