Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
TİA.AZ xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,22 dollar ucuzlaşaraq 48,62 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,16 dollar azalaraq 51,36 dollar olub.
Azərbaycan neftinin qiyməti isə dəyişməyib. Belə ki, “AzəriLayt” markalı neftin bir barreli 53,04 dollara satılır.