Azərikard-ın 7 saat ərzində “donmasına” aydınlıq gətirildi. Azərikard-ın storage-ləri HPE texnologiyasıdır. Düşünürəm ki, bütün bu tip hadisələrin məhz HPE nümayəndəliyinin ölkəmizdə bağlanmasından sonra baş verməsi təsadüfi deyil.
Tribunainfo.az yazır ki, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüzün fikrincə, lokal texniki dəstəyin olmadığı bir şəraitdə belə bir strateji qurumda, yüz minlərlə vətəndaşın bank məlumatları yerləşən sistemə kim müdaxilə edə bilib və problemi aradan qaldıra bilib?:
“Artıq HPE ilə bağlı bir neçə dəfə dövlət qurumlarında belə hallar təkrarlanıb.
Bildiyim qədər bu cür qurumlara belə resurslar veriləndə ciddi təminatlar olur, müqavilələr bağlanır. Normalda bu cür problemlər anında, qısa zaman kəsiyində aradan qaldırılır. 15 banka xidmət edən, Mastercard və Visacard kimi qurumlardan lisenziyası olan Azərikard-ın 7 saat donması ağlasığmazdır.
Ümid edirəm ABB öz törəmə şirkətində baş verənlərin fərqindədir.
Bir daha vurğulamaq istərdim ki, ABB -nin Azərikard-ın texnoloji mühitində baş verənləri nəzarətə götürməsi, İT audit aparması, belə problemlərin təkrarlanmaması üçün tədbirlər görməsi vacibdir.
Maraqlıdır ki, Mərkəzi Bank, kritik infrastruktura cavabdeh olan XRİTDX bu məsələlərlə bağlı açıqlama verməyiblər”.