“AzərGold” 68 minlik  dəftərxana tenderi elan edib

“AzərGold” 68 minlik dəftərxana tenderi elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Azərbaycanda daha bir maraqlı tender müsabiqəsinə yekun vurulub. Tribunainfo.az xəbər verir ki, həmin tender “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən keçirilib.
Tenderin məqsədi isə MMC üçün dəftərxana və təsərrüfat mallarının satın alınması olub. Maraqlıdır ki, dəmir filizinin hasilatı ilə məşğul olan şirkət bu məqsədlə 68.410,97 manat dəyərində satınalma müqaviləsi imzalayıb. Müqavilə isə “A4 OFİS” MMC ilə bağlanılıb.
Qeyd edək ki, “Daşkəsən Dəmir Filiz” MMC “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin tərkibində təsis edilib. 2020-ci ilin sonunda yaradılan şirkətin əsas hədəfi ölkə yataqlarının qara metal filizi tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə edilməsidir.
Bu işlərlə məşğul olan bir qurum 68 minlik dəftərxana ləvazimatları işlətməsi absurd görünür. Çünki bu çox böyük miqdarda kağız, qələm və digər ləvazimatlar deməkdir. Şirkətin məntiqinə əsaslansaq, MMC ildə yerdən dəmir filizi çıxarmaqdan daha çox dəftərxana işləri ilə məşğul olur. Hətta “Daşkəsən Dəmir Filiz” şirkəti həmin pula orta hesabla 170 ton xalis dəmir ala bilər.
Aydın məsələdir ki, bu rəqəm bir xeyli şişirdilib. Elə şişridilmənin məqsədi də aydındır. Bunu elə alınan dəftərxana ləvazimatlarının siyahısından da aydın görmək mümkündür. Məsələn, 10 ədəd stepler, 40 ədəd diyircəkli qələm, 100 ədəd bloknot və sair almaq üçün 68 min manat astronomik rəqəmdir.
“Daşkəsən Dəmir Filiz” MMC-nin baş direktoru Ceyhun Əliyevdir. O, Slavyan Universitetinin Regionşünaslıq (Polşaşünaslıq) ixtisası üzrə təhsil alıb. Daha sonra isə 2021-2022-ci illərdə Harvard biznes müstəvisində Biznesin idarə edilməsi (MBA) əsasında təhsil əldə edib. O, 2005-2013-cü illərdə “Azercell Telecom”da müxtəlif vəzifələrdə çalışıb.“Smarton” və “AzInTelecom” MMC-nin rəhbəri olub. 2023-cü ildən isə “Daşkəsən Dəmir Filiz” MMC-nin baş direktoru vəzifəsinə təyinat alıb.
Qarşı tərəfi də dinləmyə hazırıq.