“Azerenerji” ASC xarici öhdəliklərini yerinə yetirmək üçün dövlət büdcəsindən lazımi dəstək alacaq”.
“Azerenerji” ASC xarici öhdəliklərini yerinə yetirmək üçün dövlət büdcəsindən lazımi dəstək alacaq”.
Bu barədə “Fitch” reytinq agentliyinin açıqlamasında deyilir.
Bildirilir ki, 2016-2025-ci illər ərzində dövlət şirkəti müvafiq olaraq 172 mln. dollar və 204 mln. avro məbləğində xarici borcunu ödəməlidir.
“Fitch” qeyd edir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi üçün dövlət “Azərenerji” ASC-yə aşağı faiz dərəcəsi ilə 360 mln. manat məbləğində uzunmüddətli kredit ayırıb.
Bildirilir ki, Azərbaycan hökuməti “Azərenerji” ASC ilə bağlı investisiya proqramının qismən maliyyələşdirilməsi üçün 2009-2015-ci illərdə 970 mln. manat həcmində yatırım edib.
Agentliyin təqdim etdiyi məlumatlara əsasən, “Azərenerji” hələ də valyuta riskinə məruz qalır. Belə ki, yığımlarının mütləq əksəriyyəti manat olan dövlət şirkətinin xarici borcunun kifayət qədər böyük qismi dollar, avro və Yaponiya yenində ifadə olunub: “2015-ci ilin sonuna “Azərenerji” ASC-nin xarici borcu 1,5 mlrd. manatdan 2,4 mlrd. manata yüksəlib. Bunun əsas səbəbi manatın devalvasiyaya uğramasıdır. Hökumət dövlət şirkətinə zəruri dəstəyi verməkdədir”.
“Fitch” qeyd edir ki, maliyyə göstəriciləri zəifləyən dövlət şirkəti likvidlik problemi ilə üzləşib.
apa)