“Azərenerji”də yüksək vəzifələrə təyinatlar olub

“Azərenerji”də yüksək vəzifələrə təyinatlar olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərenerji” ASC-də iki yeni təyinat olub.
TİA.AZ report-a istinadən xəbər verir ki, Ziyəddin Misir oğlu Quliyev qurumun vitse-prezidentinin müavini təyin edilib. Hazırda Z.Quliyev “Azərenerji”nin vitse-prezidentinin səlahiyyətlərini icra edir.
Bundan başqa, “Azərişıq” ASC-nin Tədris Mərkəzinin direktoru Vüqar Əliyev “Azərenerji” prezidentinin müşaviri təyin olunub.
Qeyd edək ki, Z.Quliyev bu vaxta qədər “Azərişıq” ASC-nin Texniki Departamentin direktoru vəzifəsində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ildə ona “Əməkdar mühəndis” fəxri adı verib.
Xatırladaq ki, 2005-ci ilin oktyabr ayından “Azərenerji”nin vitse-prezidenti Marlen Əsgərov idi. O, bu il sentyabrın 17-də ürək çatışmazlığından vəfat edib.
Prezident İlham Əliyevin bu il sentyabrın 4-də imzaladığı sərəncamla Balababa Rzayev “Azərenerji”nin prezidenti təyin edilib.