Anti İnhisar və istehlak Bazarına nəzarət Dövlət Xidməti “Azərenerji” ATSC-nin daha iki tenderini ləğv edib. Tribunainfo.az xəbər verir ki, buna səbəb ATSC-nin qanunun bir sıra tələblərini pozmasıdır.
Onlardan biri tenderə iştirakçıların çox sayda qatılmasına əngəl olma və iştirakçı sayının 3-dən az olmasıdır. 1.074.009,41 manatlıq müxtəlif növ elektrik mallarının satın alınması üçün keçirilən tenderin bu səbəbdən ləğv edilməsi isə rəsmi olaraq təsqidlənib.
İkinci tender isə Azərbaycan enerjisistemi üzrə 250 MVt gücündə Batareya Enerji Saxlanc Sisteminin (BESS) optimal yerləşmə yerlərinin təyin edilməsi, təfsilatlı layihələndirilməsi və tikintisi üçün texniki şərtlərlə birlikdə ilkin layihələndirmə və tender sənədlərinin hazırlanması ilə bağlı olub. 350 min manatlıq tenderin ləğvi də müsabiqəyə buraxılanların sayının az olması ilə əlaqələndirilib.
Bildirək ki, “Azərenerji” ATSC rəhbəri Bababala Rzayev bir müddət əvvəl baş nazir tərəfindən şiddətli töhmət alıb. Bundan başqa, son zamanlar ATSC-nin ləğv edilən tenderlərinin sayı 10-dan artıq olub.