“AZƏRENERJİ” QİYMƏTİ AŞAĞI SALMALIDIR” – İQTİSADÇI

“AZƏRENERJİ” QİYMƏTİ AŞAĞI SALMALIDIR” – İQTİSADÇI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərenerji” ASC 2022-ci ili 436 milyon 506 min manat xalis mənfəət ilə başa vurub, ötən il “Azərenerji”nin xalis mənfəəti təxminən 3 dəfə və ya 289 milyon 279 min manat artıb. Xalis mənfəətin artması gəlirlərin “Azərenerji”nin satışdan gəlirləri 2021-ci ildə 1 milyard 280 milyon 912 min manat ikən, 2022-ci ildə 1 milyard 840 milyon 564 min manata yüksəlib (559 milyon 652 min manat və ya 43,7% artıb). Belə baxanda yaxşı göstəricidir, amma dövlət şirkətlərinin yüksək mənfəətlə işləməsi doğru deyil, bəli, öz xərclərini ödəməli, ziyanla işləməməlidirlər – bu heç. Biz hamımız, faktiki olaraq o şirkətin “səhmdarıyıq”, vətəndaşlardan yığılan vergi hesabına büdcədən illərdir “Azərenerji”-yə yüzmilyonlarla vəsait ayrılıb, alt yapısı qurulub, avadınlıqlar alınıb, xəttlər çəkilib, təmir işləri görülüb, deməli biz hamımız bu işdə pay sahibiyik. İndi şirkət mənfəətə çıxıbsa vətəndaşlarla bu mənfəəti bölüşməlidir.

Tribunainfo.az xəbər verir ki, bu barədə danışan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, şirkət əhali üçün topdan satdığı enerji qiymətlərini azı 15-20% aşağı sala bilər:

“Bu zaman dövlətin əlində olan digər pərakəndə paylayıcı şirkətlər də qiyməti ucuzlaşdırmalıdır.
Bu işin iqtisadi fəlsəfəsi budur – ziyan edəndə hamımız ziyanı vergilərlə ödəyiriksə, xalis mənfəərdə də əhalinin qiymət endirimi ilə payı olmalıdır”.