“Azərenerji”nin milyonluq tenderinə “stop” qoyuldubackend

“Azərenerji”nin milyonluq tenderinə “stop” qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərenerji” ASC-nin tenderinin nəticəsini ləğv edib. Tribunainfo.az xəbər verir ki, müxtəlif növ elektrik mallarının satınalınması üzrə keçirilən tenderdə qanunsuzluq aşkarlanıb.
Belə ki, 04.09.2024-cü ildə nəticəsi açıqlanacaq və dəyəri 1.074.009,41 manat olan tenderin ləğvinə səbəb təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun olmamasıdır. Bu isə “Dövlət satınalmalar haqqında” qanunun 36.1.2.-ci maddəsinin pozulması deməkdir.
Rəsmi qaynaqlarda isə qeyd edilir ki, tenderin ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 15.08.2024-cü il tarixli, AİBNDX/SQ-6850/2024 nömrəli qərarı qəbul edib. Həmin qərarda “Azərenerji” ASC-nin qaydaları və qanunu pozması əks olunub.