“Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 5 ədəd xidməti minik avtomobilinin alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Ləğvedilmənin səbəbi açıqlanmayıb.
Tenderin ümumi dəyəri 136 750 AZN olub.