“Azercell”dən SABAH tələbələrinin inkişafına töhvə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azercell Telekom MMC SABAH qrupları tələbələrinə dəstəyini davam etdirir.  Azercell Telekom MMC SABAH qrupları tələbələrinə dəstəyini davam etdirir. 

Azercell Akademiyası tədrisçiləri 31 May-1 iyun tarixlərində “Karyera brendini yarat” və “Təqdimat bacarıqları” mövzusunda tələbələrə təlim keçiblər. 30-a yaxın tələbənin iştirak etdiyi təlimdə karyera planlaması, CV və rezume yazılışı, müsahibəyə hazırlıq, təqdimat bacarıqları və s. mövzular üzrə təlim keçirilib, tələbələrlə müzakirələr aparılıb.

İki gün davam edən təlimin sonunda iştirakçılara sertfikatlar təqdim olunub.Qeyd edək ki, Azercell-in SABAH qrupları ilə geniş əməkdaşlığı var. Ötən il Tələbə Təcrübə proqramı çərçivəsində Bakı şəhəri üzrə elan olunmuş yerlərin 50%-i SABAH Qruplarına ayrılıb. Barama İnnovasiya və Sahibkarlıq mərkəzi ilə əməkdaşlıq nəticəsində 6 ay müddətində davam edən inkubasiya proqramına seçilən 5 komandadan biri məhz SABAH qruplarının tələbələri olub. Ötən ilin sonunda SABAH qrupları tələbələri üçün Azercell Plazada tanışlıq səfəri təşkil edilib, “GSM Texnologiyası ilə tanışlıq”, “Məhsulların idarə olunması”, “Öz Karyera Brendini Yarat” movzularında qısa sessiyalar keçirilib. 

Həmçinin, İnsan Qaynaqları departamentinin əməkdaşları 17-20 fevral tarixlərində SABAH Karyera Qış Məktəbi layihəsində Qubada tələbələrə də təlimlər keçiblər. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb.