“Azercell” Telekomla İqtisadiyyat Nazirliyi məhkəməlik olub.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, “Azercell” İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini məhkəməyə verib.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir.
İşə Bakı İnzibati Məhkəməsində hakim Orxan Həsənovun sədrliyi ilə baxılacaq.
Növbəti proses 14 avqust tarixinə təyin edilib.