“Azercell Telekom” Yardımlıda mühəndisin ölümü ilə bağlı məlumata münasibət bildirib

“Azercell Telekom” Yardımlıda mühəndisin ölümü ilə bağlı məlumata münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azercell Telekom” MMC Yardımlı rayonundakı ölüm hadisəsi ilə bağlı məlumat yayıb.

Mobil operatordan TİA.AZ-a verilən məlumatda bildirilir ki, Zevin kəndində transformatorda təmir işləri aparan Quliyev Xasay Ağakərim oğlunun qeydə alınan ölüm hadisəsi “Azercell Telekom” MMC-yə aid avadanlıqlar olan ərazidə baş verməyib.

“Ümumiyyətlə həmin ərazidə tərəfimizdən hər hansı təmir işləri aparılmayıb. Bundan başqa, “Loginet” MMC və yaxud Quliyev Xasay Ağakərim oğlu ilə “Azercell Telekom” MMC arasında əməkdaşlıq münasibətləri mövcud deyil, “Loginet” MMC “Azercell Telekom” MMC üçün heç bir xidmətin yerinə yetirilməsinə cəlb olunmayıb. Əlavə olaraq qeyd edək ki, 25 mart tarixindən bu günə qədər qeyd olunan sahədə “Azercell Telekom” MMC-yə məxsus radio baza stansiyanın fəaliyyəti generator vasitəsilə təmin edilib”, – deyə məlumatda bildirilir.

 Qeyd edək ki, bu gün mətbuatda yayılan məlumata görə, Yardımlı rayonunun Zevin kəndində 1975-ci il təvəllüdlü mühəndis Quliyev Xasay Ağakərim oğlu transformatorda təmir işləri aparan zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.