backend

“Azercell” müştərilərinə xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” MMC bəzi xidmətlərində problemlərin yaranacağı ilə bağlı müştərilərinə xəbərdarlıq edib. 

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” MMC bəzi xidmətlərində problemlərin yaranacağı ilə bağlı müştərilərinə xəbərdarlıq edib.

TİA.AZ xəbər verir ki, bu barədə məlumat rəsmi mətbuatda dərc edilib.

Məlumata görə, göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə martın 14-də təkmilləşdirmə işləri aparılacaq.

“Bununla əlaqədar olaraq, qeyd edilən tarixdə gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür”, – deyə şirkətdən bildirilib.