“Azercell”in internet PROBLEMİ… Müştərilər şikayətçidir

“Azercell”in internet PROBLEMİ… Müştərilər şikayətçidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azercell” müştərilərinin narazılığı və şikayəti davam edir. Bu mobil provayderin 5.5 GB internetinin yarım saata bitməsi istifadəçiləri narazı salıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə şikayətçi Zibka Mədətova sosil şəbəkələrdə yazıb. O bildirib ki, 10 AZN-lik tarif cəmi 30 dəqiqə davam edir:

“Yarım saata 5.5 Gb istifadə oluna bilər sizcə? Demək 10 AZN-lik tarifi yenilədim və yarım saat keçməmiş sms gəldi ki, tarifiniz bitdi (həmin vaxt mən wi-fidan istifadə edirdim).

“Azercell”, bunu mənə izah edin və hara xərcləndiyini bir-bir göstərin!”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Gülşən Rəsul